Ordu.az xəbər verir ki, bu barədə “Sərhədsiz ticarət” platforması məlumat yayıb.
Əvvəlcə sınaqların başlanması 2025-ci ilə planlaşdırılsa da, sənədə dəyişikliklər edilib və sınaqlar 2026-cı il iyunun 1-dən noyabrın 30-dək keçiriləcək.
Pilot layihənin nəticələri üzrə hesabatın təqdim olunması da təxirə salınıb. Bu barədə hesabatın 2026-cı il dekabrın 20-dək (2025-ci il dekabrın 1-i əvəzinə) təqdim edilməsi tələb olunur.
Eyni zamanda ilkin qərarın mətnindən Rusiya Nəqliyyat Nazirliyi, Rəqəmsal İnkişaf Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinə GLONASS ASC-nin naviqasiya plombalarından istifadə etməklə tranzit daşımaların izlənməsi sistemini layihəyə qoşmaq öhdəliyini nəzərdə tutan bənd çıxarılıb.
Alpər Mövludoğlu
Ordu.az