Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan bildirib.
Onun sözlərinə görə, Paşinyan üçün əhalini qorxu mühitində saxlamaq sərfəlidir, çünki onun yenidən hakimiyyətə gəlmək üçün başqa yolu yoxdur.
“O, bu vəziyyəti qorumaq üçün hər şeyi edəcək, xalqı inandırmağa çalışacaq ki, Ermənistanın ayağa qalxmaq imkanı yoxdur. O zaman ordunun islahatına yönəldilməli olan borc pullar hara getdi? Paşinyanın məntiqinə görə, ordu parad keçirmək və insanların gözünə kül üfürmək üçündür”, - deyə Köçəryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az