Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
“Mənim bütün düya üçün vaxtım var, amma İran üçün yoxdur, zaman gedir. Bəzi media qurumlarının abunəçilərinin və televiziya izləyicilərinin vəziyyətinin bu qədər pis olmasının səbəbi artıq etibar qazanmamalarıdır. İranın hərbi dəniz qüvvələri dənizin dibindədir, onun hərbi hava qüvvələri məhv edilib, onların zenit və radar silahları sıradan çıxarılıb, rəhbərləri artıq bizimlə deyil, blokada keçilməz və güclüdür, vəziyyət isə yalnız pisləşir. Zaman onların tərəfində deyil. Razılaşma yalnız o zaman bağlanacaq ki, bu, Amerika Birləşmiş Ştatlarının, müttəfiqlərimizin və əslində dünyanın qalan hissəsinin maraqlarına uyğun olsun”, - deyə Tramp qeyd edib.
Sevinc Əliyeva
Ordu.az