Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Buna əsasən, Türkiyədən tədarük ediləcək 24 ədəd ROKETSAN istehsalı ATMACA gəmi əleyhinə raketi üçün 79,5 milyon avro ödəniləcəyi bildirilib.
Açıqlamada həmçinin Cənubi Koreya istehsalı 48 ədəd K-SAAM hava hücumundan müdafiə raketi üçün 94,8 milyon dollar büdcə ayrıldığı qeyd olunub. Digər tərəfdən, MBDA ilə planlaşdırılan 29 ədəd VL MICA raketinə dair niyyət məktubunun dəyərinin hələ dəqiq müəyyənləşmədiyi və buna görə açıqlanmadığı bildirilib.
Sözügedən sursatların Türkiyədə inşa edilən LMS “Batch 2” sinfinə məxsus gəmilərdə istifadə olunacağı qeyd edilib. Bu çərçivədə tədarük ediləcək sistemlərin Malayziya Hərbi Dəniz Qüvvələrinin xüsusilə regional dəniz təhlükəsizliyi sahəsində çəkindirməsini artıracağı gözlənilir.
ATMACA Sahil Mühafizə Sistemi:
Uzunluq - 4,3 m - 5,2 m
Mənzil - 220 km-dən çox
İdarəetmə - ANS* + KKS* + barometrik altimetr + radar altimetri
Döyüş başlığının tipi - Yüksək partlayış qabiliyyətli/qəlpəli
Döyüş başlığının çəkisi - 220 kq
Məlumat bağlantısı - Hədəf yenilənməsi, yenidən hücum, missiyanın ləğvi qabiliyyəti
Axtarış başlığı- Aktiv RF
Sistem xüsusiyyətləri:
Avtonom
Uzun mənzilli
Aşağı radar izi
Yüksək hədəf vurma dəqiqliyi
Bütün hava şəraitində missiya icra edə bilir
Əks-tədbirlərə davamlıdır
Məlumat bağlantısı ilə hədəf yenilənməsi, yenidən hücum, missiyanın ləğvi qabiliyyəti
Üçölçülü missiya planlaşdırılması
Hədəfdə zaman [ToT], fərqli platformalardan çoxsaylı
Hədəfdə zaman [DToT], eyni platformadan çoxsaylı
Hədəfdə zaman [SToT], hədəfi atəş altında saxlama
“Salvo” atəşi
Suüstü və sualtı platformalardan quru və suüstü hədəflərinə qarşı nişanalma
Yenidən hücum rejimi
Suüstü, sualtı və quru platformalarından suüstü və quru hədəflərinə qarşı nişanalma
Sevinc Əliyeva
Ordu.az