Türkiyə müdafiə sənayesi Malayziyada yeni əməkdaşlıqlar üçün imzalar atdı

2026/04/1776961375.jpg
Oxunub: 605     20:17     23 Aprel 2026    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün bildirib ki, Malayziyada keçirilən “Defence Services Asia (DSA) 2026” Sərgisində 8 imza mərasimi ilə əməkdaşlıqları konkretləşdiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Görgün sosial media hesabında etdiyi paylaşımda DSA 2026 Sərgisi ilə bağlı qiymətləndirmələrini bölüşüb.

Asiya-Sakit okean bölgəsinin ən mühüm müdafiə və təhlükəsizlik tədbirlərindən biri olan sərgidə 43 şirkətlə iştirak etdiklərini bildirən Görgün bunları qeyd edib:

“DSA 2026 çərçivəsində yerli və milli məhsullarımızı beynəlxalq tərəfdaşlarla görüşdürdük. Onlarla heyətlərarası görüş keçirdik, 8 imza mərasimi ilə əməkdaşlıqlarımızı konkretləşdirdik. Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın ortaya qoyduğu baxış doğrultusunda müdafiə sənayemizin qlobal miqyasda təsirini artırmağı davam etdiririk. Töhfə verən bütün tərəfdaşlarımıza və ziyarətçilərimizə təşəkkür edirik”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Malayziya  


Bizi "telegram"da izləyin