Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin iclasında ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan Ermənistan hökumətinin 2021-2026-cı illər proqramının 2025-ci ildə icrasının gedişi və nəticələri barədə hesabatı təqdim edərkən bildirib.
“Hazırda istismar müddətinin uzadılması proqramı çərçivəsində atom elektrik stansiyasını növbəti 10 il də enerji sistemində saxlamaq məqsədilə tədbirlər həyata keçirilir”, - deyə Xudatyan qeyd edib.
O vurğulayıb ki, ötən il ərzində Ermənistan-İran 400 kilovolt gərginlikli elektrik ötürücü xəttinin və infrastrukturunun tikinti işləri davam etdirilib: “İşlərin təxminən 85%-i artıq yerinə yetirilib”.
Alpər Mövludoğlu
Ordu.az