Erməni nazir: “Ermənistanda beş yeni su anbarı tikiləcək”

2026/04/1776404299.jpg
Oxunub: 382     09:43     17 Aprel 2026    
“Dövlət İnvestisiyaları Komitəsi Ermənistanda 5 su anbarının tikintisi proqramını təsdiqləyib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin iclasında ölkənin ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan Ermənistan hökumətinin 2021-2026-cı illər proqramının 2025-ci ildə icrasının gedişi və nəticələri barədə hesabatı təqdim edərkən bildirib.

“Layihələr artıq hazırdır. Yaxın vaxtlarda tender prosesi başlanacaq. Söhbət Astğadzor, Yelpin, Kasax, Liçk və Artik su anbarlarının tikintisindən gedir”, - deyə Xudatyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xudatyan  


Bizi "telegram"da izləyin