Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edib ki, məsələ yalnız Paşinyanın açıq şəkildə danışdığı Müstəqillik Bəyannaməsindən imtina etmək deyil, həm də bir sıra inanılmaz dəyişikliklər və redaktələrdir.
“Bizə deyiblər ki, Paşinyan Konstitusiyanı öz “əyninə görə” “biçəcək”. O, ötən gün bəzi məqamların sirrini açdı, parlament tribunasında dedi ki, ədalət məsələsini “cərrahi yolla həll etməliyik”. Onun sözlərinə görə, Ermənistanda xalqdan qaynaqlanan sistem olmalıdır və bunun üçün yeni konstitusiya lazımdır. Bu bəyanat göstərir ki, yeni konstitusiyada elə müddəalar yer alacaq ki, ədalət sistemi bir şəxsin birbaşa idarəsi altında olacaq və əgər o yenidən seçilsə, həmin şəxs elə özü olacaq.
Bundan başqa, məlumatlar var ki, əgər “Vətəndaş Müqaviləsi” iyunun 7-də konstitusion çoxluğu əldə edə bilməsə, amma hansısa yolla hakimiyyətdə qala bilsə, onda konstitusion tənzimləmələri də aldıqları səslərin sayına uyğunlaşdıracaqlar ki, konstitusion qanunlar qəbul edə bilsinlər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az