“Hraparak”: Ermənistan müdafiə nazirinin keçmiş müşavirinin irəliləməsinin sirri nədir?

2026/04/1776402820.jpg
Oxunub: 458     09:11     17 Aprel 2026    
“Bir tərəfdən Nikol Paşinyan Qarabağdan (könüllü-red.) köç etmiş şəxslərə qarşı çirkli əks-təbliğat aparır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

“Cəmi bir neçə həftə əvvəl o bildirib ki, Qarabağdan gəlib “kişiləşirlər”. Digər tərəfdən isə Paşinyan özünə yaxın Qarabağdan köç etmiş şəxsləri mükafatlandırır.

Ötən gün Polis Günü münasibətilə o, daxili təhlükəsizlik rəisi, Qarabağda anadan olmuş “Akula” ləqəbli David Ağabalyanı mükafatlandırıb. O, “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) keçmiş səhiyyə naziri Vyaçeslav Ağabalyanın oğludur.

O, ötən ilin mayında Daxili İşlər Nazirliyinin daxili təhlükəsizlik və antikorrupsiya idarəsinin rəisi təyin olunub. 2022-ci ildə isə hələ Müdafiə Nazirliyində idi və nazir Suren Papikyanın müşaviri işləyirdi”, - deyə nəşr bildirib.

Nəşrin məlumatına görə, Ağabalyanın qısa müddətdə vəzifədə irəliləməsinə Papikyanın dəstəyi səbəb olub.

“Deyilənə görə, David Ağabalyan ilə Suren Papikyanın həyat yoldaşları rəfiqədirlər”, - deyə müəllif bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Papikyan  


Bizi "telegram"da izləyin