Erməni deputat: “Səlahiyyətlilər öz kürsülərini qorumaq üçün Rusiya ilə Qərb arasında manevr etməyə çalışırlar”

2026/04/1776402729.jpg
Oxunub: 369     09:05     17 Aprel 2026    
“Bu hakimiyyət növbəti dəfə öz kürsüsünü qorumaq üçün manevr etməyə çalışır, lazım olanda qərbyönümlü, lazım olanda isə sərt rusiyayönümlü olurlar”.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərlə söhbəti zamanı Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Armen Rustamyan bildirib.

Onun sözlərinə görə, hakimiyyətlər özlərinə sərf edəndə qərbyönümlü, lazım olanda isə rusiyayönümlü olurlar.

Rustamyan qeyd edib ki, hakim qüvvənin məqsədi hamı üçün qəbulolunan olduqlarını göstərməkdir. “Amma keçilmiş yol var, atılmış addımlar var ki, onların bəyanatlarının əməlləri ilə uyğun gəlmədiyini göstərir. Onlar münasibətlərin vektorlarını Rusiyadan Qərbə o qədər uzaqlaşdırıblar ki, hər iki tərəf üçün favorit hesab olunmaq meylinə uyğunlaşmaları çətin olacaq”, - deyə erməni deputat vurğulayıb.

O, Rusiya və Qərblə münasibətləri uzlaşdıran siyasət aparmağa çağırıb, “ya/ya da” prinsipini izləməməyə səsləyib. Onun sözlərinə görə, hazırda hakimiyyət məhz bunu edir. “Əgər Rusiya ilə münasibətlər pisləşməyibsə, onda nə üçün Rusiya Prezidenti kamera qarşısında Rusiya ilə münasibətlərin pisləşəcəyi halda Ermənistanı gözləyən nəticələr barədə danışdı? Hakimiyyət bütün platformalarda müxalifətdən Kremlin agentləri kimi danışır, buna görə də Avropa qurumları insan hüquqlarının pozulmasına göz yumur, çünki bunun guya Kremlin agentlərinə qarşı baş verdiyini düşünürlər. Eyni hal kilsə ilə bağlı da yaşandı”, - deyə Rustamyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rustamyan  


Bizi "telegram"da izləyin