“Macarıstanda Orban qanunvericiliyi elə dəyişmişdi ki, hamıya elə gəlirdi hakimiyyəti dəyişmək mümkün deyil” - Köçəryan

2026/02/1772000915.jpg
Oxunub: 566     23:47     16 Aprel 2026    
“Mən Orbanın getməsinə sevinirəm, emosional söz deyirəm, bir erməni kimi sevinirəm”.

Ordu.az xəbər verir ki, bunu “Böyük siyasət” podkastı zamanı Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Anna Qriqoryan deyib.

“Bizim üçün müxalifət olaraq cəmiyyətimizə çatdırıla biləcək bir neçə vacib mesaj var. Birincisi, onilliklər davam edən hakimiyyət seçkilərlə dəyişdirildi. Və bəli, Nikol Paşinyanın üçüncü müddətə getməsinə imkan verməmək lazımdır. İkincisi, iştirak səviyyəsinin nəticəyə ciddi təsiri olur, Orbanın məğlubiyyəti 70 faizdən çox iştirakın nəticəsidir. Üçüncü vacib nəticə isə budur ki, hətta Orbanı Vens, Rusiya və müxtəlif mərkəzlər dəstəkləsə də, hətta Vens seçki mərhələsində Macarıstanda olsa da, bu yenə də Orbanı xilas etmədi. Yəni bu gün müxtəlif ölkələr tərəfindən Nikol Paşinyanı dəstəkləyən bəyanatlar səslənəndə, bu heç nə ifadə etmir və yalnız xalq öz seçimi ilə hakimiyyətdə kimi görmək istədiyini göstərməlidir”, - deyə o qeyd edib.

Podkast zamanı Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan da Orbanın qanunları “özünə uyğunlaşdırdığını” xatırladıb: “16 ildə Orban seçki məcəlləsinə ciddi dəyişikliklər edib, məhkəmə sisteminə, konstitusiya məhkəməsinə və sairə ciddi təsir göstərib. Seçki məcəlləsi elə idi ki, hamıya elə gəlirdi bu məcəllə ilə hakimiyyəti dəyişmək mümkün deyil, amma narazılıq toplandı və həmin narazılıq sadəcə səslərlə, seçkilərin nəticəsində ifadə olundu”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin