Ordu.az xəbər verir ki, bunu “Böyük siyasət” podkastı zamanı Ermənistanın ikinci prezidenti, “Hayaastan” blokunun baş nazirliyə namizədi Robert Köçəryan deyib.
“Bu vəziyyətdə mən TRIPP-in praktiki həyata keçirilməsini görmürəm. Yeganə variant kimi mən həmin formatın genişləndirilməsini, Rusiyanın, Çinin cəlb edilməsini, yəni İran tərəfindən dost ölkə kimi qəbul edilən hər hansı ölkənin prosesə qoşulmasını görürəm. Başqa variant problemlidir.
Daha bir məqam, əgər İrana qarşı sanksiyalar qaldırılsa və hərtərəfli həllə nail olunsa, o zaman İran ərazisi tranzit üçün Avropaya ən uyğun və ən qısa marşrut olacaq. Bu, qlobal miqyasda nəhəng dəyişikliklər gətirəcək”, - deyə o qeyd edib.
Köçəryan bildirib ki, Çin, Pakistan, İran, Türkiyə, Avropa. Ən qısa marşrut olacaq.
“Biz isə İranla münasibətlərimizə daha diqqətli yanaşmalıyıq. Biz sadəcə illər ərzində formalaşmış münasibətləri dağıdacaq addımlar atmamalıyıq. Bu hakimiyyət münasibətləri dağıtmaqda ustadır. Sadəcə ustadır. Düşünürəm ki, indi onlar da problemlərinin olduğunu anlayırlar, amma seçkiqabağı dövr olduğuna görə illərlə üzərində işlədikləri və təbliğ etdikləri tezislərdən yapışmağa çalışacaqlar”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az