Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.
“Bu, həqiqətən də böyük nailiyyətdir. Lakin bizim baxışımız daha genişdir. Biz Türkiyəni tərəfdaş olmağa və sülh toxumasını birlikdə toxumaq üçün bizə qoşulmağa dəvət edirik. Bu məqsədlə biz Türkiyə ilə münasibətlərimizi dərinləşdirməyə hazırıq.
Onilliklər boyu davam edən etimadsızlıq və düşmənçilikdən sonra Ermənistan və Azərbaycan arasında etimadın formalaşmasının yeni mərhələsi başlayıb. Bu irəliləyişi möhkəmləndirmək üçün səylər indi əlaqələrin gücləndirilməsinə və yerində sülhün effektiv şəkildə reallığa çevrilməsinə yönəlib”, - deyə o qeyd edib.
Simonyan bildirib ki, “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsinin həyata keçirilməsi də mühüm mərhələdir.
“Bu təşəbbüs eyni zamanda regional əlaqələri inkişaf etdirməyi və beynəlxalq ticarət marşrutlarını genişləndirməyi hədəfləyir. Suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsiplərinə əsaslanan TRIPP layihəsi Cənubi Qafqazda və onun hüdudlarından kənarda sabitliyi, iqtisadi əməkdaşlığı və rifahı təşviq etmək potensialına malikdir.
Nizamlanma istiqamətində ümidverici siqnallar danılmazdır. Uzun illərdən sonra ilk dəfə olaraq Ermənistan və Azərbaycan arasında ticarət formalaşmağa başlayıb. Azərbaycan məhsullarının Ermənistana idxalı iqtisadi əlaqələrin bərpası baxımından həm simvolik, həm də praktiki addımdır. Bunlar sülhün nəticələridir, xalqımıza birbaşa fayda verən real irəliləyişlərdir”, - deyə o vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az