“Biz bu müharibədən İranın daha böyük təsir rıçaqları ilə çıxmasında ən çox maraqlı tərəfik” - Köçəryan

2026/03/1774549432.jpg
Oxunub: 513     22:17     16 Aprel 2026    
“İranla ABŞ-nin bir-biri ilə razılığa gəlməsində və bu müharibədən İranın daha böyük təsir rıçaqları ilə çıxmasında ən çox maraqlı tərəf məhz bizik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” alyansının baş nazirliyə namizədi Robert Köçəryan “Böyük siyasət” podkastı zamanı bildirib.

“Əgər bu, sanksiyalara yenidən baxılması, onların ləğvi və ya ciddi şəkildə yüngülləşdirilməsi demək olarsa, bu, İranla iqtisadi münasibətlər üçün yeni imkanlar açacaq. Əlbəttə, İranın ərəb ölkələri ilə münasibətlərini nizama salmasına qədər vaxt lazımdır, amma mən şübhə etmirəm ki, bütün bunlar çox sürətlə bərpa olunacaq və burada İranla iqtisadi baxımdan bizim üçün böyük imkan açılacaq. Mən bu ssenarini çox ehtimal olunan hesab edirəm. Artıq payızda Tramp administrasiyasının Konqresi itirəcəyi kifayət qədər proqnozlaşdırılandır və növbəti iki-üç il sadəcə impiçmentlərdən qorunmaq illəri olacaq”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin