Rumıniya XİN rəhbəri yaxın vaxtlarda Ermənistana səfər edəcək

2026/04/1776359727.jpg
Oxunub: 502     21:14     16 Aprel 2026    
Rumıniyanın xarici işlər naziri Oana-Silviya Tsoyu yaxın vaxtlarda Ermənistana səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tsoyu ilə telefon danışığının yekunlarına dair “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

“Rumıniyalı həmkarımla telefon danışığı zamanı Ermənistan və Avropa İttifaqı (Aİ) arasındakı tərəfdaşlığın dərinləşdirilməsinə, eləcə də ikitərəfli gündəliyimizin genişləndirilməsinə yönəlmiş təşəbbüsləri müzakirə etdik. Hər ikimiz iqtisadi və nəqliyyat bağlılığının gücləndirilməsinə xüsusi əhəmiyyət veririk. Sizi yaxın vaxtlarda İrəvanda salamlamaq fürsətini səbirsizliklə gözləyirəm”, - deyə erməni nazirin paylaşımında bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Ermənistan  


Bizi "telegram"da izləyin