Qazaxıstanla Azərbaycan arasında müdafiə sənayesi sahəsində ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub - FOTOLAR

2026/04/43dad-1776356161.jpg
Oxunub: 631     20:15     16 Aprel 2026    
Aprelin 16-da Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstan Respublikası müdafiə nazirinin silahlanma və hərbi texnika üzrə müavini Şayx-Xasan Jazıkbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Bu barədə Ordu.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.


Nazir qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.


V.Mustafayev diqqətə çatdırıb ki, müxtəlif istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi türk dövlətləri arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biridir.


Göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə edən qonaqlar Azərbaycanla bu sahədə əlaqələrin genişlənməsi üçün böyük potensialın mövcud olduğunu bildiriblər.


Görüş zamanı hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi, işgüzar səfərlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qazaxıstan   Azərbaycan  


Bizi "telegram"da izləyin