Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Lulanın bu açıqlaması Trampın İranın Hörmüz boğazını açmayacağı təqdirdə İranda “bütöv bir sivilizasiyanın məhv olacağı” barədə bəyanatından sonra səslənib.
“Trampın səhər oyandıqdan sonra hansısa ölkəni hədələməyə haqqı yoxdur”, - deyə Lula bildirib və xatırladıb ki, ABŞ Konstitusiyası müharibə və xarici siyasətlə bağlı səlahiyyətləri Konqreslə prezident arasında bölüşdürür.
“Sülhün qorunması üçün təsirli liderlərin daha böyük məsuliyyət daşıması vacibdir”, - deyə Braziliyanın 80 yaşlı prezidenti əlavə edib.
Lula və Tramp çoxtərəflilik, beynəlxalq ticarət və iqlim dəyişikliyi ilə mübarizə kimi məsələlərdə əks mövqelərə malikdirlər. Ötən il liderlərin gərginliyin azalmasına və ticarət rüsumlarının endirilməsinə səbəb olan görüşünə baxmayaraq, Braziliya ilə Vaşinqton arasında münasibətlər hələ də gərgin olaraq qalır.
Müsahibədə Lula BMT Təhlükəsizlik Şurasında islahat aparılması çağırışını da təkrarlayıb. O, beş daimi üzvün veto hüququnun ləğv edilməsini, həmçinin Afrikadan və Latın Amerikasından daha çox ölkənin cəlb olunmasını istəyib.
“Ona nüfuz qazandırmaq üçün Birləşmiş Millətlər Təşkilatını yenidən nəzərdən keçirməyin vaxtıdır, əks halda Tramp haqlıdır”, - deyə o bildirib və ABŞ prezidentinin İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq sistemin artıq effektiv olmadığı barədə tənqidinə toxunub.
Sevinc Əliyeva
Ordu.az