Ordu.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə ABŞ Silahlı Qüvvələri Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri, general Den Keyn bəyan edib.
Onun sözlərinə görə, əməliyyatda 10 mindən çox hərbi qulluqçu iştirak edir.
General Keynin qeyd etdiyi kimi, ABŞ blokadası “İranın ərazi sularında və beynəlxalq sularda” həyata keçiriləcək.
“ABŞ Silahlı Qüvvələri İran bayrağı altında üzən və ya İrana maddi dəstək göstərməyə cəhd edən istənilən gəmini, o cümlədən İran neftini daşıyan qondarma kölgə donanmasının gəmilərini fəal şəkildə təqib edəcək”, - deyə Keyn bildirib.
ABŞ Silahlı Qüvvələri bəyan edib ki, blokada İran limanlarını və sahilyanı əraziləri əhatə edir, lakin Hörmüz boğazından başqa istiqamətlərə gedən və oradan qayıdan gəmiləri əhatə etmir.
Sevinc Əliyeva
Ordu.az