Rusiya rəsmisi: "Şimal-Cənub" dəhlizini genişləndirmək üçün yeni dəmir yolunun inşasında maraqlıyıq"

2026/04/Ekran-1776351953.jpg
Oxunub: 371     18:24     16 Aprel 2026    
Rusiya "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin genişləndirilməsi çərçivəsində yeni dəmir yolu xəttinin inşasında maraqlıdır.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Bu layihə İranın limanlarını Rusiyanın Baltik və Azov dənizi limanları ilə birləşdirən genişləndirilmiş "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm elementi hesab olunur. Müharibə başlamazdan əvvəl dəmir yolu üçün torpaq sahələrinin alınması aktiv şəkildə həyata keçirilirdi və mart ayına qədər bu prosesin böyük hissəsi tamamlanmışdı. Rusiya şirkətləri artıq topoqrafik-geodeziya işlərinə başlamış, tikinti üçün zəruri geodeziya şəbəkəsini qurmuşdu. Faktiki tikinti işlərinə start verilmişdi. Şərait imkan verən kimi bu işlər bərpa olunacaq", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin