Baş nazirin müavini: "Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını sübut edib"

2026/04/Ekran-1776351864.jpg
Oxunub: 355     18:15     16 Aprel 2026    
Regionda gərgin geosiyasi şəraitə baxmayaraq, Azərbaycan üzərindən keçən nəqliyyat marşrutları öz etibarlılığını və dayanıqlılığını tam şəkildə sübut edib.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Şahin Mustafayev bildirib.

"Xüsusilə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi bu müddətdə fasiləsiz fəaliyyət göstərərək bütün öhdəliklərini yerinə yetirdi və Azərbaycanın etibarlı tranzit ölkə olduğunu bir daha nümayiş etdirdi. Bu gün artıq aydın görünür ki, mövcud reallıqlar fonunda bu marşrutların rəqabət qabiliyyəti daha da artıb və gələcəkdə regionun əsas nəqliyyat-logistika istiqamətlərindən birinə çevrilməsi üçün ciddi zəmin formalaşıb", - deyə o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Şahin-Mustafayev  


Bizi "telegram"da izləyin