Radikal erməni keşişin işi üzrə məhkəmə iclası təxirə salınıb

2025/08/1754731183.jpg
Oxunub: 400     17:28     16 Aprel 2026    
Radikal erməni keşiş Baqrat Srbazanın və digərlərinin işi üzrə məhkəmə iclası bu gün təxirə salınıb, çünki polis iş yükü səbəbindən erməni deputat Artur Sarkisyanı məhkəməyə gətirə bilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məhkəmədə ev dustaqlığında olan Vaheqn Çaxalyan da iştirak etməyib, onun yoxluğunun səbəbləri barədə təfərrüatlar məlum deyil.

Hakim Farxoyan bildirib ki, məhkəmə iclası davam etdirilə bilməz, çünki təqsirləndirilən şəxslərdən 2-si iclasa gətirilməyib. O əlavə edib ki, Ermənistan Daxili İşlər Nazirliyinə məktub göndərəcək. Növbəti məhkəmə iclası gələn cümə axşamı keçiriləcək.

Ermənistan KİV-ləri xatırladır ki, iyunun 20-də Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə gedəndə Ermənistan polisinin daxili qoşunları paytaxtı nəzarətə götürmüş, təxminən 80 vətəndaş saxlanılmışdı. Ermənistan İstintaq Komitəsi bildirmişdi ki, onlar ibtidai istintaq orqanına təqdim edilməyib. Həmin anda heç bir icraat aparılmırdı. İyunun 24-də Ermənistan KİV-lərində çevriliş planı barədə material yayılıb və onun yayılmasında Nikol Paşinyanla parlament sədri Alen Simonyanın birbaşa iştirak etdikləri iddia edilib.

Bundan sonra Ermənistan İstintaq Komitəsi bildirib ki, bu məsələ araşdırma predmetinə çevrilir. Ermənistan KİV-lərinin məlumatına görə, iyunun 25-də səhər saatlarında Ermənistanda müxalifət nümayəndələrinin evlərində axtarışlar başlanıb, ardınca saxlanmalar və həbslər həyata keçirilib. İş üzrə 18 nəfərə terrorçuluğa və hakimiyyəti ələ keçirməyə hazırlıq maddələri ilə ittiham irəli sürülüb. İş üzrə 18 nəfər həbs edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Radikal-erməni-keşiş   Ermənistan  


Bizi "telegram"da izləyin