Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Ermənsitan parlamenti bildirib ki, Simonyan assambleya çərçivəsində digər ölkələrin həmkarları ilə də qısa təmaslar keçirib.
Fotolardan görünür ki, Alen Simonyan orada Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşüb.
Xatırladaq ki, Alen Simonyan aprelin 14-də jurnalistlərlə söhbətində demişdi ki, Valentina Matviyenkonun doğum günündə, aprelin 7-də telefon danışığı zamanı siyasi məsələləri müzakirə etməyib. O qeyd etmişdi ki, böyük ehtimalla Matviyenko ilə ünsiyyət imkanı İstanbulda olacaq.
Alpər Mövludoğlu
Ordu.az