Ermənistan və Rumıniyanın xarici işlər nazirləri regional inkişafları müzakirə ediblər

2026/04/1776342943.jpg
Oxunub: 331     16:25     16 Aprel 2026    
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu ilə telefon danışığı aparıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, həmsöhbətlər Ermənistan-Aİ tərəfdaşlığının dərinləşdirilməsinə yönəlmiş təşəbbüsləri müzakirə ediblər.

“Sahəvi istiqamətlər üzrə əməkdaşlığın irəli aparılması məsələsində hər iki tərəfdə mövcud hazırlıq vurğulanıb. Mayın əvvəlində İrəvanda keçiriləcək yüksəksəviyyəli tədbirlərdə iştirak məsələlərinə də toxunulub.

İkitərəfli gündəliyin davamlı şəkildə zənginləşdirilməsi istiqamətində həyata keçirilən işlərin əhəmiyyəti də vurğulanıb. Ararat Mirzoyan və Oana-Silvia Toiu regional inkişaflar ətrafında fikir mübadiləsi aparıblar. Nazirlər iqtisadi və nəqliyyat əlaqələri layihələrinin həyata keçirilməsində marağı və bunun yaratdığı üstünlükləri vurğulayıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rumıniya  


Bizi "telegram"da izləyin