Rusiya Baş nazirinin müavini: "Rəşt–Astara dəmir yolu fasiləsiz nəqliyyat əlaqəsi üçün mühümdür"

2026/04/fd12f-1776341684.jpg
Oxunub: 373     16:04     16 Aprel 2026    
Rəşt–Astara dəmir yolu xəttinin tikintisi üzrə işlər davam edir və bu layihə Rusiya, Baltik və Şimal dənizləri ilə Fars körfəzi arasında fasiləsiz nəqliyyat əlaqəsinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Ordu.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

O, qeyd edib ki, daşıyıcılar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində işlər davam etdirilir: "Xüsusilə yükdaşıma tariflərinə geniş diqqət yetirilib və bu istiqamətdə müzakirələr aparılır. Eyni zamanda beynəlxalq avtomobil daşımalarında elektron yük qaimələrinin (e-CMR) tətbiqi üzrə tərəflər birgə işi davam etdirir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Azərbaycan  


Bizi "telegram"da izləyin