Ermənistan hökumətinin qarşısında aksiya: “Tələb edirik ki, xidmətin 1,5 illik müddəti bizim uşaqlara da şamil edilsin”

2026/04/fgdf5-1776340082.jpg
Oxunub: 343     15:43     16 Aprel 2026    
Ermənistan ordusunda müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin valideynləri bu gün hökumət binasının qarşısında aksiya keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Onlar tələb edirlər ki, onların oğulları da 2 il yox, 1,5 il xidmət etsinlər.

Erməni valideynlər bununla bağlı imza toplama kampaniyası təşkil ediblər.

“Biz xahiş edirik ki, 1,5 il xidmət etmə müddəası 2025-ci ildə çağırılmış bütün çağırışçılara da şamil edilsin. Biz bunu ayrı-seçkilik hesab edirik, bu fərqi başa düşmürük. Biz istəyirik ki, dövlət oğullarımıza yaxşı münasibət göstərsin, valideyn də özünü rahat hiss etsin, diqqətdən kənarda qalmış kimi hiss etməsin, əsgər də rahat olsun.

Bizim uşaqlar tələbədir, məqsədləri var və əgər xidmətin azaldılması üçün imkan varsa, bu onların təhsil sahəsində böyük nəticə verər. Bu qədər xahişdən sonra hökumətdən heç bir reaksiya yoxdur. Artıq üçüncü dəfədir aksiya keçiririk və başa düşmək istəyirik ki, niyə xidmət bizim uşaqlar üçün azaldılmır”, - deyə aksiya iştirakçılarından biri bildirib.

O qeyd edib ki, əgər xidmət 1,5 il olubsa, deməli bir çağırışı 2 ildən 1,5 ilə endirmək böyük dəyişiklik yaratmaz.

Ermənistan KİV-lərinin məlumatına görə, bu mövzu ilə bağlı Ermənistanın müdafiə naziri Suren Papikyan həftələr əvvəl bəyan etmişdi ki, heç bir dəyişiklik olmayacaq, çünki onların qərarının əsasında dəqiq hesablamalar dayanır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin