Bakıda Azərbaycan–Rusiya İşgüzar Şurasının iclası keçiriləcək

2025/09/1758085450.jpg
Oxunub: 381     14:50     16 Aprel 2026    
Yaxın vaxtlarda Bakı şəhərində Azərbaycan–Rusiya İşgüzar Şurasının iclası keçiriləcək.

Ordu.az-ın məlumatına görə, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan şirkətləri Rusiyada keçirilən iri sahəvi sərgilərdə mütəmadi iştirak edir və bu da yerli məhsulların yüksək ixrac potensialını təsdiqləyir, Rusiya bazarında mövqelərin daha da möhkəmləndirilməsinə xidmət edir:

"Azərbaycan–Rusiya və Rusiya–Azərbaycan işgüzar şuraları sahibkarlar arasında birbaşa əlaqələrin inkişafına və birgə investisiya layihələrinin təşviqinə mühüm töhfə verir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin