Bu barədə
Ordu.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Latviyalı naziri, o cümlədən Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarını, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin məsləhətçisi Qasım İbrahimov qarşılayıb.
Qonaqlara qədim Azərbaycan torpağı olan Xankəndi şəhərinin uzun illər işğala, dağıntılara məruz qaldığı, artıq bir neçə ildir ki, işğal altında qalan bütün ərazilərin azad edildiyi və hazırda genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı barədə məlumat verilib.
Qonaqlar quruculuq işləri, Zəfər parkı, Zəfər meydanı, Qarabağ Universiteti ilə tanış olublar. Nazir bərpa və quruculuq işlərində Azərbaycanın Latviya və digər tərəfdaş ölkələrin ən yaxşı təcrübələrindən istifadə edə biləcəyinə əminliyini vurğulayıb.
Ordu.az