Nikol Paşinyan parlament iclasında müxalifəti videoya çəkib

2026/04/1776331402.jpg
Oxunub: 359     13:22     16 Aprel 2026    
Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdə hökumətin 2021-2026-cı illər proqramının 2025-ci il üzrə icrasının müzakirəsində iştirak edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Kamera qeydə alıb ki, Nikol Paşinyan parlamentdə öz telefonu ilə müxalifəti videoya çəkir.

Bundan əvvəl Paşinyan çıxışı zamanı maraqlanıb ki, müxalif deputatlar niyə daxil olub-çıxırlar? İclası aparan Ermənistan parlamentinin sədrinin müavini Ruben Rubinyan isə cavab verib ki, gəlirlər, qeydiyyatdan keçirlər ki, maaşdan məhrum olmasınlar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin