“Həmin ətalət nəticəsində yerində fırlanma vəziyyəti davam edəcək” - Paşinyan

2026/04/1776257913.jpg
Oxunub: 345     12:19     16 Aprel 2026    
“Məhkəmə sahəsindəki problemlərin əhəmiyyətli bir hissəsini yeni Konstitusiya qəbul edilmədən həll etmək mümkün olmayacaq”.

Ordu.az xəbər verir ki, bunu aprelin 16-da parlamentin iclasında Ermənsitan Baş naziri Nikol Paşinyan hökumətin proqramının (2021-2026-cı illər) 2025-ci il üzrə icra gedişi və nəticələrinə dair hesabatı təqdim edərkən bildirib.

“Mən hesab edirəm ki, məhkəmə sahəsindəki problemlərin əhəmiyyətli bir hissəsini yeni Konstitusiya qəbul edilmədən həll etmək mümkün olmayacaq. Çünki həmin ətalət nəticəsində yerində fırlanma vəziyyəti davam edəcək və konstitusion tənzimləmələr lazımdır ki, biz həmin çox süni örtükləri bir kənara qoya bilək və məhkəmə sistemində mövcud vəziyyətlə üz-üzə qalaq”, - deyə Paşinyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin