Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan “Facebook” səhifəsində yazıb.
“Adətim üzrə Ermənistan tərəfinin məlumatı ilə paralel olaraq avropalıların da məlumatını tapmağa və tanış olmağa çalışdım.
Lakin bütün cəhdlərim boşa çıxdı. Avropa Xarici Fəaliyyət Xidmətinin rəsmi saytında belə bir görüş barədə heç bir qeyd yox idi. Bundan əlavə, həmin görüşlə bağlı nə Xidmətin, nə də Kallasın sosial platforma səhifələrində, “X”, “Insta”, FB-də hər hansı məlumat, qeyd, protokol, paylaşım, hətta foto da yox idi.
Belə hal yalnız bir halda olur, həmin görüş avropalılar üçün o qədər ikinci dərəcəlidir ki, hətta protokol fotosuna və ya 280 simvolluq tvitə belə layiq görülmür. Aİ-nin Ermənistanın hazırkı idarəçilərinə real münasibəti budur”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az