“Past”: Avropa liderləri Paşinyanı şərtli şəkildə dəstəkləyəcək, yoxsa reytinq riski ilə üzləşmək istəməyəcəklər?

2026/04/1775489688.jpg
Oxunub: 453     09:22     16 Aprel 2026    
“Düzdür, Avropa İttifaqı Ermənistanın geosiyasi vektorunun dəyişdirilməsinə ardıcıl şəkildə çalışır, lakin bir sıra mühüm problemlər var ki, onları görməzlikdən gəlmək mümkün deyil”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Avropa liderləri Paşinyanı şərtli şəkildə dəstəkləyəcək, yoxsa reytinq riski ilə üzləşmək istəməyəcəklər?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edib ki, Avropa ölkələrinin liderləri, eləcə də digər avropalı siyasətçilər üçün artıq Ermənistanda Nikol Paşinyanın reytinqinin kəskin şəkildə aşağı düşməsi sirr deyil.

“Buna görə də Paşinyanı dəstəkləmək məsələsi ciddi müzakirələr doğurur. İlk növbədə, Viktor Orbanla bağlı qalmaqallardan sonra Avropa elitaları ehtiyatlı davranırlar və Tramp faktoru ilə bağlı buraxılan səhvləri təkrarlamaq istəmirlər. Həmin hallarda birtərəfli və şişirdilmiş dəstək siyasi əks-reaksiyaya səbəb olmuşdu. Digər tərəfdən, Avropa liderləri anlayırlar ki, Paşinyanı dəstəkləməklə öz ölkələrində yaşayan erməni icmalarının etimadını itirə bilərlər və bu, kifayət qədər ciddi seçici kütləsidir. Unutmayaq ki, diasporun böyük hissəsi Paşinyanın siyasətinə, xüsusilə də erməni kilsəsinə qarşı apardığı siyasətə qarşıdır.

Nəhayət, Qərb Ermənistanda gedən anti-demokratik proseslərə daim göz yuma bilməz. Buraya hüquq-mühafizə sisteminin siyasi alət kimi istifadəsi, siyasi həbslər və saxlanmalar daxildir. Qeyd etmək lazımdır ki, sabiq xarici işlər naziri Vardan Oskanyanın son məktubu və bəyanatları beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub və ölkədə mövcud hüquqi özbaşınalığa bir daha diqqət çəkib”, - deyə müəllif bildirib.

Nəşrə görə, bu isə o deməkdir ki, İrəvanda 2026-cı il mayın 4-5-də keçiriləcək sammit bir sıra suallara cavab verə bilər.

“Xüsusilə, Avropa hakimiyyətə qarşıdakı seçkilərdə kömək edəcəkmi, yoxsa bu, Ermənistan cəmiyyəti və beynəlxalq tərəfdaşlar üçün ölkənin böyük geosiyasi oyunda qurban rolunu oynadığını təsdiqləyən son damla olacaq?

Hətta Qərb siyasətçiləri də qeyd edirlər ki, Avropa İttifaqının Ermənistanın geosiyasi vektorunu dəyişdirmək üçün təzyiqləri ölkə iqtisadiyyatı üçün ağır nəticələrə səbəb ola bilər. Xüsusilə, almaniyalı ekspert, Bundestaq deputatı doktor Rayner Rotfus xəbərdarlıq edir: “Bu ssenari Ermənistanı Avropa İttifaqının geosiyasi kursuna qoşulmağa məcbur etmək cəhdidir. Taleyüklü seçkilər ərəfəsində güc nümayiş etdirən tərəf tərəfdaşlıq yox, müdaxilə ilə məşğuldur”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin