Xameneyinin müşaviri: “ABŞ indi ümidsizlikdən danışıqların zəruriliyini vurğulayır”

2026/06/1782029161.jpg
Oxunub: 231     12:03     21 İyun 2026    
İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyinin müşaviri Möhsün Rzayi bildirib ki, ABŞ əvvəlcə “güc vasitəsilə sülh” strategiyası ilə İranı təslim olmağa məcbur etməyə çalışıb, lakin uğursuzluqdan sonra indi danışıqlarda israr edir.

Ordu.az xəbər verir ki, Rzayi bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, ABŞ İranı kapitulyasiyaya məcbur etməyi planlaşdırsa da, bu məqsədə nail ola bilməyib və buna görə də indi danışıqların vacibliyini ön plana çıxarır.

Rzayi vurğulayıb ki, İran qarşı tərəfin vədlərinə ehtiyatla yanaşmalıdır. “Düşmən öz vədlərinə əməl etmədiyini göstərdi. Biz ehtiyatlı olmalıyıq. İstənilən nikbinlik düşmən tərəfindən istifadə oluna bilər”, - deyə o bildirib.

Qeyd olunub ki, hazırda İran, ABŞ, Pakistan və Qətər nümayəndə heyətləri İsveçrənin Bürgenştok kurortunda yerləşirlər. Burada tərəflər arasında mümkün sülh sazişi ilə bağlı danışıqların keçirilməsi nəzərdə tutulur.

Məlumatda həmçinin qeyd edilir ki, İsrail Vaşinqton və Tehran arasında əldə olunmuş razılaşmalara baxmayaraq, Livanın cənubuna zərbələr endirməyə davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin