“Joğovurd”: Ermənistanda talanın cəmi 11 faizi bərpa olunub, 2025-ci ilin icra hesabatı məlumdur

2026/04/1776257913.jpg
Oxunub: 509     09:14     16 Aprel 2026    
“Joğovurd” qəzeti Ermənistan hökumətinin 2025-ci il üzrə proqramın icrası və nəticələri haqqında hesabatını araşdırıb və burada korrupsiyaya qarşı mübarizə şüarı ilə hakimiyyətə gəlmiş Nikol Paşinyan hökumətinin fəaliyyəti ilə bağlı diqqətçəkən məqam yer alıb”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, korrupsiya cinayətləri ilə mübarizəyə dair hesabatda təqdim olunan rəsmi rəqəmlər uğurdan daha çox ciddi problemlərin mövcudluğunu göstərir.

“Dövlətə vurulmuş milyardlarla zərər fonunda hüquq-mühafizə orqanları bunun yalnız cüzi hissəsini bərpa edə bilib. Rəqəmləri müqayisə etdikdə məlum olur ki, 2025-ci il ərzində qeydə alınmış 7,9 milyard dram zərərin faktiki olaraq cəmi 895 milyon dramı, yəni təxminən 11,3 faizi geri qaytarılıb. Qalan təxminən 88,7 faiz isə hələ də bərpa olunmayıb.

Hesabatda sözbəsöz qeyd olunur: “İstintaq Komitəsində 2025-ci il ərzində korrupsiya xarakterli cinayətlər üzrə 643 cinayət işi araşdırılıb. Tamamlanmış işlər üzrə korrupsiya cinayətləri nəticəsində dövlətə və icmalara vurulan zərər təxminən 7,9 milyard Ermənistan dramı təşkil edib. Bunun təxminən 895 milyon dramı bərpa olunub, 156 milyon dram dəyərində əmlak üzərinə həbs qoyulub, hüquqi şəxslərə vurulmuş zərərin isə təxminən 18 milyon dramı təşkil edib və bunun cəmi 79 min dramı bərpa olunub”, - deyə “Joğovurd” yazıb.

Nəşrə görə, bu rəqəmlər göstərir ki, hətta bərpa olunmuş vəsaitə 156 milyon dram dəyərində həbs qoyulmuş əmlak da əlavə edilsə, ümumi məbləğlə müqayisədə nəticə yenə məhdud qalır.

“Bu halda belə dövlətə vurulan zərərin geri qaytarılmış və ya təmin edilmiş hissəsi təxminən 13,3 faiz olur, yəni 86 faizdən çoxu hələ də ödənilməyib.

Rəqəmlər bir şeyi göstərir: korrupsiya işlərinin sayı çox olsa da, maliyyə nəticələri zəifdir. 643 cinayət işi ilk baxışdan böyük rəqəm kimi görünə bilər, lakin effektivliyin əsas göstəricisi yalnız işlərin sayı deyil, dövlətə vurulan zərərin nə dərəcədə bərpa olunmasıdır. Bu sahədə isə vəziyyət hüquq-mühafizə orqanlarının xeyrinə deyil.

Əgər korrupsiyaya qarşı mübarizə bəyanatlarla deyil, dövlət büdcəsinə qaytarılan vəsaitlərlə qiymətləndirilirsə, onda 2025-ci ilin nəticələrini effektiv hesab etmək çətindir. Milyardlarla dram zərərdən faktiki olaraq yalnız təxminən 11,3 faizi geri qaytarılıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Talan  


Bizi "telegram"da izləyin