Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Qeyd edilir ki, “Vətəndaş Müqaviləsi” partiyası seçki siyahısını təqdim edən ilk siyasi qüvvədir.
“Minnətdarıq ki, sənədləri rahat gündə gətirdiniz. Adətən hamı son günlərdə gətirir və bu da bizim üçün əlavə yük yaradır, amma siz gözləntilərimizi pozdunuz”, - deyə Ermənistan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Armen Smbatyan bildirib.
Binaya daxil olarkən “Vətəndaş Müqaviləsi” partiyasının seçki qərargahının rəhbəri Arayik Harutyunyan deyib: “Bunlar sülh siyahılarıdır”.
Sənədləri təqdim etdikdən sonra jurnalistlərlə söhbətində o bildirib ki, seçki siyahısına 283 namizəd daxil edilib və bundan əvvəl tələb olunan sənədlər elektron sistemə yüklənib.
Xatırladaq ki, siyasi qüvvələrin müraciətlərini Ermənistan Mərkəzi Seçki Komissiyası aprelin 13-dən aprelin 23-dək qəbul edir. Bundan sonra həmin müraciətlərin qeydiyyatı daha 10 gün davam edəcək.
Seçkiqabağı təşviqat mayın 8-dən başlayacaq və iyunun 5-i saat 24:00-dək davam edəcək.
Alpər Mövludoğlu
Ordu.az