Ordu.az xəbər verir ki, bunu erməni ekspert Vardan Xaçatryan deyib.
“Aydın görünür ki, tərəflər yeni toqquşmaya hazırlaşır, yəni qaçılmaz olaraq yeni qarşıdurma olacaq”, - deyə o qeyd edib.
Xaçatryan həmçinin diqqəti ona yönəldib ki, İrana kölgə dəstəyi verən Rusiya və Çin artıq açıq şəkildə meydana çıxır.
Onun qiymətləndirməsinə görə, ABŞ İranla müharibədə heç bir uğur əldə etməyib və indi İrana qarşı “xaç yürüşü” təşkil etməyə çalışır.
Xaçatryanın sözlərinə görə, ABŞ ordusu bu müharibəni ədalətli hesab etmir. İran-İsrail qarşıdurmasının dini kökləri və ABŞ Prezidentinin müharibəyə dini çalar vermək cəhdləri barədə danışan erməni ekspert bildirib ki, hazırkı geosiyasi proseslər və nüvə müharibəsi təhlükəsi dünyanın Armageddona yaxınlaşdığını göstərir. O, nüvə qarşıdurması riskinin real olduğunu qeyd edib.
“Hazırda deyə biləcəyimiz yeganə şey odur ki, müharibə getdikcə daha da yaxınlaşır, çünki tərəflər döyüş bölgəsinə silah-sursat, yeni bölmələr və digər resursları böyük həcmdə cəmləşdirir. Bunu gizlətmək mümkün deyil, bu, bütün dünyada görünür. Həm ABŞ, həm də İsrail getdikcə yeni mərhələyə yaxınlaşır. Bu atəşkəs sadəcə növbəti mərhələyə hazırlaşmaq üçün bir fasilədir. Digər tərəfdən, mümkündür ki, yeni alyans formalaşsın. Mən hesab edirəm ki, əgər müharibə konvensional silahlarla davam edərsə, tərəflərin tükənməsi səbəbindən sülh gözlənildiyindən daha uzun çəkə bilər. Amma vəziyyət kəskinləşərsə və bunun ehtimalı böyükdür, o zaman müharibə daha sürətlə baş verə bilər və dərhal eskalasiya edərək nüvə qarşıdurmasına keçə bilər”, - deyə o qeyd edib.
Xaçatryan deyib ki, 40 gündən artıq davam edən hərbi əməliyyatlar tərəfləri ciddi şəkildə tükəndirib.
“Bu o deməkdir ki, konvensional silahlarla müharibə artıq onlar üçün sərfəli deyil. Üstəlik, belə müharibə davam edərsə, zərər görəcəklər, çünki İranın raket ehtiyatları daha uzun müddət kifayət edəcək. Bu müharibə də belə inkişaf edə bilər, amma Tanrı eləməsin ki, bu eskalasiya nüvə qarşıdurmasına qədər yüksəlsin”, - deyə Xaçatryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az