Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, 271 milyon 890.000 dram məbləğində qrant müqaviləsi ilə bağlı elektron satınalma sistemində məlumat yerləşdirilib, lakin müqavilənin özü “blank” adı ilə boşdur.
“Hər halda xatırladaq ki, əvvəlki illərdə bu vəsait “Yerkrapah” təşkilatının fəaliyyətinin tam həcmdə təmin olunması ilə əsaslandırılırdı.
“2020-ci il müharibəsi zamanı “Yerkrapah” təşkilatı əhəmiyyətli dərəcədə iştirak edib, təşkilat üzvləri arasında çoxsaylı itkilər olub (74 nəfər ölüb) və 114 nəfər yaralanıb. Müharibədən sonrakı dövrdə isə 4000-dən çox “Yerkrapah” üzvü Ermənistan Müdafiə Nazirliyinin tərkibində müxtəlif döyüş mövqelərində döyüş növbətçiliyi həyata keçirib.
Nəzərə alsaq ki, “Yerkrapah” təşkilatı Ermənistan Müdafiə Nazirliyi ilə əməkdaşlıq edir, onun qarşısında duran vəzifələrin icrasına kömək edir, Ermənistan silahlı qüvvələri üçün gələcək əsgərlərin tərbiyəsi və hazırlanması ilə məşğul olur, layihənin qəbul edilməsi təşkilatın 2025-ci il üzrə fəaliyyətinin tam həcmdə təmin edilməsinə imkan yaradacaq”, - deyə ötən il hökumətin qərarının əsaslandırılmasında qeyd olunmuşdu.
Əlavə edək ki, 2025-ci ilə qədər Müdafiə Nazirliyindən ayrılan qrantın məbləği sabit olaraq 234 milyon 638.000 dram idi, bu il isə artım baş verib”, - deyə nəşr bildirib.
Nəşrə görə, bu il həm də onunla fərqlənir ki, “Yerkrapah” təşkilatının sədri Sasun Mikayelyan müəyyən fasilədən sonra yenidən aktivlik nümayiş etdirir, üstəlik, artıq “şən avtobus” çərçivəsində elan olunmamış təbliğat kampaniyasında iştirak edir.
Alpər Mövludoğlu
Ordu.az