Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan “Moldova ssenarisi”ni işə salır” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, bunun üçün isə seçkilərdən qısa müddət əvvəl müxalif partiyaların sadəcə seçkilərdə iştirakının qadağan edildiyi və ya onların seçki yarışından çıxarıldığı aşağlı “Moldova ssenarisi” işə salınacaq.
“Mənbələrimizin bildirdiyinə görə, mövcud hakimiyyət bu məsələdə də kifayət qədər maraqlı taktika seçib. Bütün bunları öz əli ilə deyil, aşağlı vətəndaş cəmiyyətinin əli ilə həyata keçirməyə çalışırlar. Sirr pərdəsi yaradaraq, vətəndaş cəmiyyətinin müxtəlif nümayəndələri müxalif qüvvələr tərəfindən törədildiyi iddia olunan hüquq pozuntuları barədə etibarlı məlumatlara malik olduqlarını bildirirlər”, - deyə “Past” bildirib.
Erməni ictimai xadim Daniel İoannisyan bu barədə danışaraq deyib: “Necə davranacağımızı biləcəksiniz”. O, bununla da əslində hansısa sui-qəsdin hazırlandığını açıq şəkildə göstərib.
“Mənbəmiz bildirib ki, Paşinyan bu qüvvələrə Mərkəzi Seçki Komissiyasına və hüquq-mühafizə orqanlarına müxtəlif məktublar yazmaq, müxalif qüvvələrin qeydiyyatının ləğv olunmasını tələb etmək barədə tapşırıq verib. Həmçinin İstintaq Komitəsinə, Antikorrupsiya Komitəsinə və prokurorluğa da tapşırıq endirilib ki, müxalif partiyaların seçki siyahılarını diqqətlə araşdırsınlar, uyğunsuzluqlar tapsınlar və bu əsasla cinayət icraatları başlatsınlar.
Son günlərdə məhz hüquq-mühafizə sistemi bununla məşğuldur. Qərbyönlü partiyalar da estafeti Paşinyanın əlindən alıb və yaxın vaxtlarda əsas müxalif qüvvələrə qarşı qərbyönlü daimi fiqurlar tərəfindən ciddi kampaniya gözlənilir”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az