“Joğovurd”: Bu, siyasi böhran yox, siyasi qapalı dövrədir

2026/04/1775718753.jpg
Oxunub: 393     11:12     16 Aprel 2026    
“Bu, siyasi böhran yox, siyasi qapalı dövrədir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Nəşr qeyd edib ki, 2026-cı il iyunun 7-si yaxınlaşsa da, siyasi meydan aydınlaşmaq əvəzinə daha da bulanıqlaşır.

Qəzetin yazdığına görə, seçkilərə təxminən 60 gün qalıb, artıq 8-ə yaxın siyasi qüvvə iştirak edəcəyini açıqlayıb, lakin real mübarizə yenə də eyni iki adla, Nikol Paşinyan və Samvel Karapetyanın başçılıq etdiyi qüvvə ilə məhdudlaşır.

“Bu, artıq siyasi böhran deyil. Bu, siyasi qapalı dövrədir. Bir tərəfdə inzibati resursu və sabit, amma yorğun seçici kütləsi ilə hakimiyyət var. Bu isə yalnız bir şey deməkdir: seçici yenə “yaxşını” yox, “daha az pisi” seçir. Robert Köçəryan, Aram Sarkisyan, Qaqik Sarukyan, Arman Tatoyan, Levon Zurabyan və başqaları “üçüncü qütb” formalaşdırmağa çalışırlar, amma əslində o qədər parçalanıblar ki, birlikdə də real alternativə çevrilə bilmirlər. Yəni bizdə elə seçkilər var ki, iştirakçılar çoxdur, amma seçim azdır.

Ən maraqlı sual hətta kimin qalib gələcəyi də deyil. Daha vacibi odur ki, görəsən hansısa qüvvə konstitusion çoxluq formalaşdıra biləcəkmi? Əgər cavab yoxdursa, Ermənistan koalisiya danışıqları, siyasi alver və qeyri-sabitliyin yeni mərhələsi ilə üz-üzə qalacaq. Bu seçkilər dəyişiklik imkanı ola bilərdi. Amma indiki məqamda onlar daha çox eyni simaların, eyni ziddiyyətlərin və eyni çıxılmazlığın növbəti təsdiqinə bənzəyir. Və ən təhlükəlisi budur: cəmiyyət tədricən başqa variantın sadəcə olmadığı fikri ilə barışır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin