Ermənistan İstintaq Komitəsinin 44 günlük müharibə zamanı fərariliklə bağlı “yeni” məlumatları yoxdur

2026/04/1775631277.jpg
Oxunub: 610     20:20     15 Aprel 2026    
“Son günlər 2020-ci ilin 44 günlük müharibəsində fərarilik mövzusuna və dövriyyədə olan məlumatlara növbəti dəfə toxunmuşduq”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Ermənistan İstintaq Komitəsinin 44 günlük müharibə zamanı fərariliklə bağlı “yeni” məlumatları yoxdur” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, səbəb isə Anna Hakopyanın son cavab paylaşımı idi ki, o, faktiki olaraq əsgərin və ya nizami ordunun hərbi qulluqçusunun fərari olmaması faktını şübhə altına alır və bu məsələdə şübhəsi olmayanların məlumatlılığının yenilənməyə ehtiyacı olduğunu eyham edir.

“Biz bildirmişdik ki, fərariliklə bağlı yeni məlumatlar əldə etmək məqsədilə 2026-cı il aprelin 1-də Ermənistan İstintaq Komitəsinə, Ermənistan Baş Prokurorluğuna və Ermənistan Müdafiə Nazirliyinə yazılı sorğular göndərmişik və cavabları aldıqdan sonra dərc edəcəyik. Ola bilsin ki, Anna Hakopyan haqlıdır, bizim məlumatlar köhnədir və yenilənməyə ehtiyacı var, ancaq onlar cəmi bir il əvvələ aiddir.

Beləliklə, Ermənistan İstintaq Komitəsi artıq 5 günlük müddət ərzində cavab məktubu göndərib və biz sorğumuz vasitəsilə aşağıdakı sualların cavabını almağa çalışmışdıq:

1. 2020-ci ilin 44 günlük müharibəsi zamanı, sentyabrın 27-dən noyabrın 9-dək olan dövrdə fərarilik üzrə neçə hal qeydə alınıb, yəni neçə nəfər barəsində neçə iş başlanıb, bu işlər hansı mərhələdədir, neçə iş üzrə məhkəmə qərarı var?

2. 44 günlük müharibədə fərarilərdən neçəsi nizami ordudan, neçəsi ehtiyatdan, neçəsi könüllülərdən olub?

3. Milli Təhlükəsizlik Xidmətindən və polis orqanlarından 44 günlük müharibə zamanı neçə fərarilik halı qeydə alınıb?

4. İstintaq Komitəsinin könüllü dəstəsi 44 günlük müharibə zamanı harada olub, hansı istiqamətə göndərilib?

“Sizin 2026-cı il aprelin 1-dəki sorğunuza cavab olaraq bildiririk ki, 2020-ci ilin 44 günlük hərbi əməliyyatları zamanı hərbi xidmətə qarşı yönəlmiş cinayət halları üzrə Ermənistan İstintaq Komitəsinin hərbi istintaq baş idarəsinin bölmələrində 11.000-dən çox hərbi qulluqçu barəsində 1500 cinayət işi başlanıb, bu işlər üzrə ibtidai istintaq aparılıb və qanunla müəyyən edilmiş qaydada bir çoxlarının gedişi həll olunub.

Qalan qeyd olunan suallarla bağlı Ermənistan İstintaq Komitəsində ayrıca statistika aparılmır”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, yəni, son bir il ərzində heç nə dəyişməyib.

“Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi 2025-ci il iyunun 9-da bizim sorğumuza cavab olaraq bildirmişdi ki, 2020-ci ilin 44 günlük hərbi əməliyyatları zamanı hərbi xidmətə qarşı yönəlmiş cinayət halları üzrə Ermənistan İstintaq Komitəsinin hərbi istintaq baş idarəsinin bölmələrində 11.000-dən çox hərbi qulluqçu barəsində təxminən 1500 cinayət işi başlanıb, bu işlər üzrə ibtidai istintaq aparılıb və çoxsaylı cinayət işlərinin gedişi qanunla müəyyən edilmiş qaydada həll olunub.

Əlavə edək ki, 2025-ci ilin iyununda yazılı şəkildə Ermənistanın müdafiə naziri Suren Papikyandan dəqiqləşdirməyə çalışmışdıq ki, fərarilərin 11.000 nəfərlik rəqəmi reallığa uyğundurmu, ehtimal olunan fərarilərdən neçəsi nizami ordudan, neçəsi qeyri-nizami qüvvələrdən olub? O isə belə cavab vermişdi: “Sizin qaldırdığınız məsələ Ermənistan Müdafiə Nazirliyinin səlahiyyətlərinə daxil deyil”.

Bu mövzu ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin və Ermənistan Baş Prokurorluğunun növbəti cavab məktublarını gözləyək. Bir məqam aydındır, faktiki olaraq nizami ordudan fərariliklə bağlı utancverici mənzərəni təsdiqləyən rəsmi təsdiq yoxdur.

Ermənistan İstintaq Komitəsi, həmçinin yazılı sorğumuzda yer alan 44 günlük müharibə zamanı könüllü dəstə göndərilib-göndərilməməsi və onların hansı istiqamətdə döyüş əməliyyatlarında iştirak etməsi barədə sualı da ya ümumiyyətlə, ya da tam şəkildə cavabsız qoyub.

Qeyd edək ki, müharibə günlərində Ermənistan İstintaq Komitəsi məlumat yaymışdı ki, “Ermənistanın baş nazirinin çağırışını rəhbər tutaraq, ölkənin müdafiəsi işinə qoşulmaq məqsədilə 180 könüllü səfərbər olunub”.

“4 taqım formalaşdırılıb, onlardan 2-si oktyabrın 28-də Ermənistan İstintaq Komitəsinin sədrinin rəhbərliyi ilə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı vasitəsilə döyüş xidmətinə yola düşüb”, - deyə İstintaq Komitəsi məlumat vermişdi.

Niyə indi bu məsələ ilə bağlı sual tam və ya ümumiyyətlə nəzərə alınmayıb, bununla bağlı müxtəlif ehtimallar irəli sürmək olar”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Fərarilik  


Bizi "telegram"da izləyin