Lavrov Ukraynanın danışıqlarla bağlı təklifi qəbul etməsində ABŞ-nin rolunu qeyd edib

2025/02/1739213633.jpg
Oxunub: 516     17:29     17 May 2025    
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin İstanbulda danışıqların bərpası təklifini qəbul etməsində ABŞ-nin müsbət rolunu qeyd edib.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in məlumatında deyilir.

"Sergey Lavrov Kiyevin Rusiya Prezidenti Vladimir Putinin İstanbul danışıqlarının bərpası təklifini qəbul etməsinə töhfə verən ABŞ-nin müsbət rolunu qeyd edib", - məlumatda bildirilib.

O, bu kontekstdə Moskvanın amerikalı həmkarlarla birgə işin davam etdirilməsinə hazır olduğunu təsdiqləyib.

Qeyd olunub ki, telefon danışığı Rubionun təşəbbüsü ilə baş tutub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin