KİV: Fransa əlcəzairli diplomatların və dövlət məmurlarının ölkəyə girişini çətinləşdirib

2025/04/1744740782.jpg
Oxunub: 560     16:55     17 May 2025    
Fransa əlcəzairli diplomatların və dövlət məmurlarının ölkəyə girişini çətinləşdirərək onları viza almağa məcbur edir.

Ordu.az xəbər verir ki, bu barədə şənbə günü “franceinfo” radiostansiyası Milli Polis Baş İdarəsinin (DGPN) qərargahına istinadən məlumat yayıb.

"Diplomatik və ya xidməti pasportu olan bütün Əlcəzair vətəndaşları Fransanın xarici sərhədlərini keçmək üçün mütləq vizaya malik olmalıdırlar", - DGPN-in yeni göstərişində bildirilib.

Xatırladaq ki, Əlcəzair hökumətinin ölkəyə müvəqqəti göndərilmiş 15 fransız dövlət məmurunun ölkədən çıxarılması qərarına cavab olaraq Paris də əlcəzairli diplomatların ölkədən çıxarılması barədə qərar qəbul edib. Bununla belə, Fransa Xarici İşlər Nazirliyi ölkədən çıxarılacaq əlcəzairli diplomatın sayını dəqiqləşdirməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Əlcəzair  


Bizi "telegram"da izləyin