Danimarka Ukraynaya 600 milyon dollardan çox hərbi yardım paketi ayırıb

2024/09/9b682-1726466222.jpg
Oxunub: 506     16:18     17 May 2025    
Danimarka Müdafiə Nazirliyi 26-cı hərbi yardım paketi çərçivəsində Ukraynaya artilleriya qurğuları və mərmiləri üçün 4,2 milyard kron (təxminən 630 milyon dollar) ayıracaq.

Ordu.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, bu barədə Danimarka Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Sayca 26-cı ianə paketi 2025-2028-ci illər ərzində təxminən 4,2 milyard kron məbləğində hərbi dəstəyi əhatə edir və Ukrayna Fondu çərçivəsində hərbi dəstək və Avropa Sülh Fondundan (EPF) gəlirlərin kompensasiyası çərçivəsində maliyyələşdirilir", - nazirlik bildirib.

Dəqiqləşdirilir ki, hərbi yardıma artilleriya alayları, Çexiya təşəbbüsü çərçivəsində döyüş sursatları, qırıcı təyyarələr üçün avadanlıq, həmçinin təlim imkanlarının genişləndirilməsi daxil edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Ukrayna  


Bizi "telegram"da izləyin