Almaniya HDQ “Tomahawk” qanadlı raketlərini döyüş gəmilərinə inteqrasiya etməyi planlaşdırır

2025/05/1747480552.jpg
Oxunub: 689     16:20     17 May 2025    
Almaniya Hərbi Dəniz Qüvvələri (HDQ) “BGM-109 Tomahawk” “yer-yer” qanadlı raketlərinin mövcud freqatlarına inteqrasiyasını qiymətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Industry EU” məlumat yayıb.

Mövzu ilə bağlı açıqlama verən vitse-admiral Yan Kristian Kaak bu raketlərin gələcəkdə xidmətə daxil olması planlaşdırılan F127 sinfinə məxsus freqatlar üçün deyil, hazırda aktiv vəzifədə olan 3 F124 (“Sachsen” sinfi) və 4 F123 (“Brandenburg” sinfi) freqatı üçün nəzərdə tutulduğunu bildirib.

Hazırda F124 sinfin məxsus freqatlarda 32 ədəd “Mk.41” şaquli buraxılış borusu olduğu halda, F123 sinfinə məxsus freqatlarda 16 belə buraxılış borusu var.

“BGM-109 Tomahawk” raketlərinin inteqrasiyası Almaniya HDQ-nin quru hədəflərini uzaq məsafədən vurmaq qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Tomahawk  


Bizi "telegram"da izləyin