“Boeing” F-15EX istehsalını sürətləndirir

2025/05/1747480512.jpg
Oxunub: 581     16:01     17 May 2025    
“Boeing” “F-15EX Eagle II” döyüş təyyarələrinin istehsalını sürətləndirərək, ABŞ Hərbi Hava Qüvvələrinin qabaqcıl hava döyüş qabiliyyətini artırmağı hədəfləyir.

Ordu.az xəbər verir ki, şirkət hazırda istehsal xəttində 90 ədəd F-15EX olduğunu və 2026-cı ilin sonuna qədər aylıq 2 təyyarə tədarük sürətinə çatmağı planlaşdırdığını açıqlayıb.

“Boeing” bildirib ki, istehsal xəttində son məhsuldarlıq artımları və keyfiyyətə nəzarət proseslərindəki təkmilləşdirmələr istehsal sürətinin artırılmasında mühüm rol oynayıb.

Şirkətin “Cut the CoRRS” (Cost of Rework and Repetitive Scrap) adlı daxili təşəbbüsü təkrarlanan təmir və texniki qulluq xərclərini azaltmağı hədəfləyir. Bu təşəbbüs çərçivəsində gündəlik keçirilən “Keyfiyyət Güc Saatı” sessiyalarında istehsalla bağlı məsələlər real vaxt rejimində həll edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boeing   F-15EX  


Bizi "telegram"da izləyin