Somalidə partlayış nəticəsində ən azı iki nəfər ölüb

2025/05/1747477452.jpg
Oxunub: 461     14:15     17 May 2025    
Somalidə hava limanlarından birinin yaxınlığında baş verən partlayış nəticəsində ən azı iki nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə “garowe” portalı məlumat yayıb.

İlkin məlumatlara görə, Somalinin cənubunda Baraue hava limanı yaxınlığında piyada əleyhinə mina partlayıb.

Hadisənin təfərrüatları araşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Somali   Partlayış  


Bizi "telegram"da izləyin