ABŞ ordusu kosmosdan hava hədəflərini izləmək istəyir

2025/05/2025--1747465737.jpg
Oxunub: 511     13:29     17 May 2025    
ABŞ ordusu kosmosdan hava hədəflərini izləyə bilən yeni sensorların sınaqlarına başlayacaq.

Ordu.az xəbər verir ki, ABŞ Kosmik Qüvvələri Hərbi Hava Qüvvələri və Şimal Komandanlığı (USNORTHCOM) ilə birlikdə kosmosdan hava hədəflərini izləyə bilən yeni sensor sistemlərini sınaqdan keçirməyə başlayır.

Ekvivalentləri az olan bu təşəbbüs “Air Moving Target Indicator” (AMTI) sistemlərinin peyklərə inteqrasiya oluna biləcəyini anlamaq məqsədi daşıyan kritik texnologiya nümayişidir.

AMTI radarı xüsusi olaraq təyyarələrə və ya pilotsuz uçuş aparatlarına inteqrasiya edilən və hərəkət edən hədəfləri aşkar etmək üçün istifadə edilən radar sistemidir.

AMTI prototip peyklərinin orbitdə olması barədə məlumat ilk dəfə ABŞ Senatında Şimal Komandanlığı və NORAD komandanı general Qreqori Gilyo tərəfindən təsdiqlənib.

Gilyo ABŞ prezidenti Donald Trampın müdafiə baxışlarından biri olan “Qızıl Günbəz” hava hücumundan müdafiə qalxanı konsepsiyası ilə bağlı keçirilən sessiyada bildirib ki, bu sistemlər artıq hazırlanır və bəziləri aktiv fəaliyyətdədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu   Kosmos  


Bizi "telegram"da izləyin