Ordu.az xəbər verir ki, GUR Rusiyanın 2 ədəd “Su-30 Flanker” qırıcısının vurulmasında istifadə edildiyi bildirilən “Magura-7” İDP-ləri ilə bağlı yeni video yayımlayıb.
Bu kontekstdə videoda hava hücumundan müdafiə raketi kimi istifadə edilən 2 ədəd “AIM-9M Sidewinder” infraqırmızı idarə olunan “hava-hava” raketi ilə təchiz edilmiş “Magura-7” göstərilir.
TWZ AIM-9-ları daşıyan “Magura-7”lərin Qara dəniz üzərində uçan “Flanker” qırıcılarını vurmaq üçün istifadə edildiyi iddiasını ilk olaraq GUR komandiri general-leytenant Kirilo Budanovla apardığı müsahibədə bildirib.
Sözügedən hadisə İDP-nin pilotlu döyüş təyyarəsini ilk dəfə məhv etməsi kimi tarixə düşüb. GUR videoda 2 ədəd “Sidewinder” ilə təchiz edilmiş “Magura-7”ni nümayiş etdirməklə yanaşı, ilk dəfə pulemyotla təchiz edilmiş İDP-ni də nümayiş etdirib.
Sevinc Əliyeva
Ordu.az