Suriyanın keçid dövrü Prezidenti sabah Fransaya səfər edəcək

2025/05/1746510705.jpg
Oxunub: 373     09:48     06 May 2025    
Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şəraa mayın 7-də Fransaya səfər edəcək. Bu, onun Avropaya ilk səfəri olacaq.

Ordu.az xəbər verir ki, bu barədə BFMTV telekanalı Yelisey sarayındakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, o, Parisdə Fransa Prezidenti Emmanuel Makronla danışıqlar aparacaq.

“E.Makron Fransanın yeni, azad, sabit, suveren Suriyanın qurulmasına dəstəyini təsdiqləyəcək", - mənbə qeyd edib.

Fransa Prezidenti fevralın əvvəlində Əhməd əş-Şəraanı Fransaya səfərə dəvət etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Fransa  


Bizi "telegram"da izləyin