Monteneqroda bir neçə məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq olunub

2025/05/1746464064.jpg
Oxunub: 467     20:37     05 May 2025    
Monteneqronun paytaxtı Podqoritsada, eləcə də Nikşiç şəhərində bir neçə məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Ordu.az xəbər verir ki, təhlükəsizlik qüvvələri Podqoritsada bir neçə məktəbə bomba qoyulması barədə məlumat daxil olduğunu, təhsil müəssisələrinin dərhal boşaldıldığını, axtarışlar aparıldığını açıqlayıb.

Polisin məlumatına görə, Nikşiçdə isə üç məktəbə bomba qoyulması barədə məlumat daxil olub, yoxlamalar aparılıb və heç nə aşkar edilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Monteneqro   Bomba  


Bizi "telegram"da izləyin