Ordu.az-ın verdiyi məlumata görə, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik mətbuat konfransında çıxışı zamanı bildirib.
O vurğulayıb ki, Ankara “Terrorsuz Türkiyə” hədəfinə çatmaq üçün səylərini qətiyyətlə davam etdirəcək.
“Əsas dönüş nöqtəsi PKK-nın bütün qolları və qeyri-qanuni elementləri ilə birlikdə silahı yerə qoyaraq özünü buraxması olacaq”, - Çelik qeyd edib.
Ordu.az